Kaspşik Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib

10:17 | 19.03.2014
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ötən gün Azərbaycanın işğal altında olan Xankəndi şəhərində olub.APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, ATƏT nümayəndəsi burada Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşdə qoşunların təmas xəttindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salması üzrə danışıqlar prosesinə aid olan bir sıra məsələlər müzakirə olunub.ANN.Az
loading...