Oxu.Az bu barədə NEWS.am-a istinadən xəbər verir.
"Biz Ermənistan və Azərbaycan prezidentlərinin ilin sonuna qədər görüşəcəklərinə ümid edirik”, Kaspşik bəyan edib.
O, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsinə dair yeni təkliflərin mümkünlüyünə toxunarkən qeyd edib ki, bütün təkliflər Madrid prinsipləri çərçivəsində müzakirə ediləcək.
Xatırladaq ki, cari ilin oktyabr ayının 26-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !