Kataloniya parlamenti oktyabrın 26-da rəsmi Madridin hərəkətlərinə cavab tədbirlərini müəyyənləşdirmək üçün iclas keçirməyi planlaşdırır.
Anews.az-ın məlumatına əsasən, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Bildirilir ki, bu görüşdə Kataloniyanın müstəqilliyi elan edilə bilər.
Xatırladaq ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya muxtar icmasına qarşı ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək qərarına gəlib. Qanunvericiliyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.
İndi İspaniya hökumətinin qərarını Senat oktyabrın 27-nə təyin edilən sessiyada təsdiq etməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !