Kataloniya parlamenti müstəqilliyə dair referendum haqqında qanun qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "El Pais" nəşri yazıb.
Kataloniyanın İspaniyadan ayrılması tərəfdarlarının fikrincə, qanun muxtar birliyin onların oktyabrın 1-də referendum keçirməsinə imkan verəcək.
İspaniya hökuməti sənədi qeyri-qanuni hesab edir və onunla bağlı etiraz edəcək.
Qanun layihəsi Kataloniyanın müstəqilliyi uğrunda çıxış edən mütləq əksəriyyətə malik partiyaların deputatlarının səs verməsi sayəsində qəbul olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !