İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib.
anews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib.
"2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki, bu, referendumun yekun nəticələridir”, - deyə J.Turul qeyd edib.
Seçici fəallığı ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb.
Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili İşlər Nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !