Kataloniyanın sabiq başçısı həbs edilib

19:30 | 24.09.2021
Kataloniyanın sabiq başçısı həbs edilib

Kataloniyanın sabiq başçısı həbs edilib

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyada həbs olunub.

"Euronews” xəbər verir ki, Avropa Parlamentinin sabiq üzvü Sardiniyanın Alqero şəhərinin hava limanında saxlanılıb.

2019-cu ildə K.Puçdemona Avropada həbs qərarı verilib.

Yaxın bir neçə gün ərzində İtaliya hökuməti K.Puçdemonun İspaniyaya təhvil verilib-verilməməsi barədə qərar verməlidir.

Xatırladaq ki, Kataloniya vilayətinin İspaniyadan ayrılmasını tələb edən Karlos Puçdemon 2017-ci ildə regionda referendum keçirməyə cəhd göstərmişdi.

Nəticədə İspaniya hökuməti onu üsyan və qiyamın təşkilində, həmçinin dövlət vəsaitlərinin israf edilməsində ittiham etmişdi.

İspaniya qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur. (Oxu.az)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb