Katib: “Rüstəm İbrahimbəyovun Bakıya gəlməyinə ümid edirik”

15:47 | 17.05.2014
Katib: “Rüstəm İbrahimbəyovun Bakıya gəlməyinə ümid edirik”

Katib: “Rüstəm İbrahimbəyovun Bakıya gəlməyinə ümid edirik”

Modern.az-ın “hədəfə aldığı” növbəti yaradıcılıq təşkilatı Azərbaycan Kinematoqrafiyaçılar İttifaqınındır.

Qeyd edək ki, qurumun rəhbəri kinorejissor Rüstəm İbrahimbəyovun son siyasi prosesləri müdaxiləsi ittifaqı bir çox təzyiqlərlə üz-üzə qoyub. Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Modern.az-a açıqlamasında qurumun bugünkü durumundan danışıb: “Rüstəm İbrahimbəyov ətrafında gedən siyasi söhbətlər səngidiyi üçün ittifaqımıza təzyiqlər də azalıb. Amma dövlət orqanlarının ittifaqa boykotu qüvvəsində qalır. Həmkarlarım və şəxsən mənim özüm hər hansı bir layihə ilə dövlət orqanlarına müraciət edəndə etirazla qarşılaşırıq. Biz layihədə sadəcə olaraq ittifaqın adını yaza bilmərik. Boykot qüvvədədir, amma son zamanlar təzyiqlər demək olar ki, yoxdur. Bizim ittifaq isə çalışır. Avqustun 2-də keçiriləcək Kino Gününə hazırlaşırıq. Bir sıra kino xadimlərini təltif edəcəyik. Keçən il  Fuad Poladov, animasiya ustası Firəngiz Qurbanova mükafat aldı. Bu il də təltiflər olacaq. Amma hələ ki, Katiblik onları müəyyən etməyib. Rüstəm İbrahimbəyovun Bakıya gəlməyinə ümid edirik. O, Bakıya gəlməsə, ittifaqın durumu yenə də pis olacaq“.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM