Katolik xristianları Pasxanı qeyd edir

18:30 | 05.04.2015
Katolik xristianları Pasxanı qeyd edir

Katolik xristianları Pasxanı qeyd edir

Bu gün bütün dünyada katolik xristianları Pasxa bayramını qeyd edir. ANS PRESS-in məlumatına görə, əsas Pasxa ayinlərindən biri Yaxın Şərqdə, 2000 il əvvəl İsa Peyğəmbərin zühur etdiyi yer hesab edilən Vifleem şəhərində keçirilib. 

Katolik zəvvarlar Müqəddəs Xilaskar kilsəsinin yerləşdiyi əraziyə toplaşıblar. Xristianlar məhz həmin yerdə İsa Peyğəmbərin çarmıxa çəkildiyinə, dəfn edildiyinə və zühur etdiyinə inanırlar. Bundan başqa, İsa Peyğəmbərin anadan olduğu təpədə tikilmiş Doğuluş Kilsəsində də Pasxa ayini keçirilib.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti