Rusiyada prezident Vladimir Putinin büstü qoyulub. Bu ideyanın təşəbbüskarı və hazırlanması Sankt-Peterburq şəhərindəki "İrbis” kazak cəmiyyətinə aiddir.
ANS PRESS-in məlumatına görə, Sankt-Peterburq şəhərinin 20 kilometrliyində yerləşən Aqalatovo kəndi yaxınlığındakı yay mülklərindən ibarət qəsəbədə Rusiya prezidenti Vladimir Putinin Roma imperatorlarının qiyafəsində büstü qoyulub. Büstün yaxasında edilmiş medal var.
Cəmiyyətin atamanı Andrey Polyakov "Deutsche Welle" radiosuna bildirib ki, büst Rusiya demokratiyasını təcəssüm etdirir. Belə bir büstün hazırlanması ideyası onun ağlına Krımın ilhaqından sonra gəlib. Büst onun şəxsi malikanəsi ərazisində olduğundan onun qurulmasına xüsusi icazə tələb olunmayıb.
Rusiya mətbuatı yazır ki, layihədə büstün başına dəfnə çələngi qoyulmalı olsa da, son anda bu ideyadan vaz keçilib. Bürüncdən olan büst heykəltəraş Pavel Qreşnikovun emalatxanasında hazırlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !