Bu gün səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya yerinə yetirilməli olan aviareys təxirə salınıb. Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Tatarıstanın «Ak Bars Aero» aviaşirkətinin saat 10:30-da Bakıya gəlməsi planlaşdırılan BG-552 nömrəli aviareysi qrafik cədvəlinə uyğun yerinə yetirilməyib. Təyyarənin gecikməsinin səbəbi isə məlum deyil. Bu reys həftənin cümə axşamı günü saat 08:30-da yerinə yetiriləcək. Qeyd edək ki, bu istiqamətdə uçuşlar həftənin II günləri saat 10:30-da və IV günlər saat 08:30-da yerinə yetirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !