Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb.Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Bu tədbir mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər", - məlumatda qeyd olunub.
***
Bu gün səhər saatlarında Tatarıstanın Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.Bu barədə "İnterfaks" məlumat yayıb.
"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.
Hadisə yerlərində operativ xidmətlər işləyir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !