Kəbədə kran faciəsi zamanı həlak olan zəvvarların ailələrinə böyük miqdarda təzminat ayrılmasına qərar verilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Kraliyyət Məhkəməsi qərar çıxarıb. Qərara görə, hər bir həlak olan zəvvarın ailəsinə 1 milyon səudiyyə rialı, təxminən 270 min dollar təzminat ödəniləcək. Faciə zamanı yaralananlara isə 500 min səudiyyə rialı, yəni 135 min dollar təzminat veriləcək.
Hadisə zamanı 110 nəfər həlak olub və onlardan 12-i türk vətəndaşıdır. Yaralananların sayı 238 nəfərdir və onlardan da 14 nəfəri türk vətəndaşıdır.
Məhkəmənin qərarına görə, Kəbədəki inşaat işlərini aparan "Bin Lad"ın fəaliyyəti ölkə ərazisində tamamilə dayandırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !