Keçən il müdafiə xərcləri 27,4% çoxalıb

13:17 | 23.05.2024
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb

Keçən il müdafiə xərcləri 27,4% çoxalıb

2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9% həcmində və ya 7,2 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci il ilə müqayisədə 1,560 milyard manat və ya 27,4% çoxdur. Bunu Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib. 

Onun sözlərinə görə, keçən il dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə  və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 5,8 milyard manat məbləğində vəsait ayrılıb ki, bu da 2022-ci illə müqayisədə 958,5 milyon manat və ya 19,6% çoxdur. 

Bu xərclər ÜDM-in 4,8%-ni, dövlət büdcə xərclərinin isə 16,1%-i təşkil edib. 

Nazirin sözlərinə görə, Azərbacan ordusunun hərbi qulluqularının sosial müdafiəsini gücləndirmək məqsədilə 35 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına Mənzil İnşaatı  Dövlət Agentliyinin sərəncamında olan  445 ədəd, Azərbaycan Respublikası əmək və Sosial Müdafiəsi Nazirliyinin balansına ötürülmüş 28 ədə, cəmi 473 ədə tam təmirli mənzil alınıb və hərbi qulluqçulara verilib. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti