Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

23:00 | 15.07.2019
Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Binəqədi rayonunda gözəllik salonunda 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub. O istintaqa bildirib ki, boşandığı arvadını qısqanclıq zəminində bıçaqlayıb. Qadının həyatını xilas etmək mümkün olub.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM