İttihamda deyilir ki, John Ashe Çin milyarderindən 1, 3 milyon dollarlıq rüşvət alıb.
ABŞ hakimiyyət orqanları BMT Baş Assambleyasının keçmiş sədrinə qarşı rüşvət ittihamı irəli sürüb.
İttihamda deyilir ki, John Ashe Çin milyarderindən 1, 3 milyon dollarlıq rüşvət alıb.
Nyu York prokurorluğunun ittihamnaməsinə görə "John Ashe BMT-ni qazanc mənbəyinə çeviribmiş”.
O, milyarder Ng Lap Senqə hökumət kontraktları əldə etməkdə yardımçılıq edib.
BMT-nin baş katibi Ban Ki-moon ittiham xəbərlərindən "dərin sarsıntı və narahatlıq” keçirdiyini bildirib.
"John Ashe özünü və rəhbərlik etdiyi qlobal təşkilatı Rolex saatlarına, basketbol meydançasına və bahalı kostyumlara satıb” – deyib ABŞ federal prokuroru Preet Bharara.
Prokurorlar bildirirlər ki, John Ashe BMT-nin Antiqua və Barbuda səfiri və Baş Assambleyanın sədri vəzifələrindən BMT üçün konfrans mərkəzinin tikintisinə dair kontraktın cənab Ng-ya verilməsi üçün sui-istifadə edib.
Cənab Ashe həmçinin vergidən yayınmada ittiham olunur.
John Ashe çərşənbə axşamı həbs edilib. Cənab Ng və başqa beş nəfər də saxlanıb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !