Keçmiş MTN-in saxladığı şəxs azadlığa çıxdı - Dövlət çevrilişinə cəhddə təqsirli bilinmişdi - FOTO

12:40 | 15.07.2020
Keçmiş MTN-in saxladığı şəxs azadlığa çıxdı - Dövlət çevrilişinə cəhddə təqsirli bilinmişdi - FOTO

Keçmiş MTN-in saxladığı şəxs azadlığa çıxdı - Dövlət çevrilişinə cəhddə təqsirli bilinmişdi - FOTO

Dövlət çevrilişinə cəhd və vətənə xəyanətdə təqsirli bilinərək azadlıqdan məhrum edilən  Səid Dadaşbəyli azadlığa buraxılıb.

Anews.az xəbər verir ki, onun 14 illlik azadlıqdan məhrmetmə cəzası başa çatıb.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçridiyi əməliyyatla saxlanılan S.Dadaşbəyli və daha 14 nəfər Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-cü maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirli bilinərək 12-14 il arası azadlıqdan məhrum edilmişdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb