Keçmiş MTN naziri telefona cavab verdi

17:23 | 31.03.2017
Keçmiş MTN naziri telefona cavab verdi

Keçmiş MTN naziri telefona cavab verdi

Bir ildən artıqdır ki, ölkə gündəmi Eldar Mahmudovun və onun MTN-dəki mütəşəkkil cinayətkar dəstəsinin əməlləri barəsindədir.


Eldar Mahmudov özü həbs olunmasa da, nazirliyin ali zabit heyətinə daxil olan 20 şəxs barəsində istintaq və məhkəmə prosesi gedir. Ötən bir il ərzində barəsində müxtəlif fikirlər yayılan sabiq nazirin özü isə ortalıqda yoxdur. Kimisi onun ev dustaqlığında saxlandığını, kimisi də sərbəst şəkildə həyatına davam etdiyini bildirir.


2013-cü ildə Eldar Mahmudovun şərinə düşən insan hüquqları fəalı və jurnalist Pərviz Həşimli sabiq MTN rəhbərini tapa bilib. Belə ki, sabiq vicdan məhbusu bu gün Eldar Mahmudovla bağlı "Facebook”-da maraqlı bir status paylaşıb.


Pərviz Həşimli yazır: "Davamli zənglərimdən sonra Eldar Mahmudov özü aradı.


"Bagışlayın, zəng etmisiz. Kimdir, danışan?”- deyə, soruşdu. 


"Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız”- deyə, ona özümü təqdim etdim.


"Eeee” deyərək dəstəyi asdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM