Keçmiş prezidentin boyun sümüyü qırıldı

13:52 | 16.07.2015
Keçmiş prezidentin boyun sümüyü qırıldı

Keçmiş prezidentin boyun sümüyü qırıldı

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Böyük Corc Buş boyun sümüyünün qırılması səbəbilə xəstəxanaya yerləşdirilib.

Ailənin sözçüsü, ata Buşun durumunun stabil olduğunu deyib.

1989-1993-cü illərdə ABŞ-ın 41-ci prezidenti olan ata Buş evində yıxılıb və boyun sümüyünü qırıb.

Ailənin sözçüsü onun Portlandda bir xəstəxanaya yerləşdirildiyini bildirib. 91 yaşlı Buş 2001-2008-ci illər ölkəyə başçılıq edən kiçik Corc Buşun atasıdır.

Ata Buş hazırda həm də parkinson xəstəliyindən əziyyət çəkir. O, 2014-cü ildə nəfəs çatışmazlığından xəstəxanada müalicə almışdı.

Nuray

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM