Keçmiş prezidentin qeyri-qanuni övladı ortaya çıxdı - DNT testi ilə

16:16 | 14.08.2015
Keçmiş prezidentin qeyri-qanuni övladı ortaya çıxdı - DNT testi ilə

Keçmiş prezidentin qeyri-qanuni övladı ortaya çıxdı - DNT testi ilə

ABŞ-ın 29-cu prezidenti Uorren Hardinq (Warren Harding) nikahdankənar övladı olduğu təsdiqlənib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, sabiq prezidentin qeyri-rəsmi münasibətdə olan Nan Brittondan olan qızı Yelizabet Ann adlı uşağı olduğu ortaya çıxıb. Yelizabet Annla bağlı DNT testinin keçirilməsini istəyən həkim doktor Peter Hardinq olub və testlər "Ancerstry" şirkətində aparılıb.

Bu test təxminən 90 ildir mübahisə doğuran mübahisəyə aydınlıq gətirib.

Prezidentin qeyri-rəsmi nikahdan qız uşağına sahib olması məsələsi ilk dəfə 1927-ci ildə - Nan Brittonun qələmə aldığı "Prezidnetin qızı" adlı avtobioqrafik əsərdə gündəmə gəlmişdi.

Britton kitabda Hardinqlə 6 il ərzində sevgili olduqlarını və hətta bir dəfə Ağ Evdəki otaqlardan birində birlikdə olduqlarını da yazıb.

Həmin vaxtlar kitabda yazılanlar Hardinq ailəsi və ictimaiyyət tərəfindən rədd olunmuşdu. Bəzi tarixçilər hətta bu münasibəti Bill Klinton-monika Levinski əlaqələrinə də bənzədib.

Hradinq 1921-ci ildən 1023-cü ilə qədər ABŞ prezidenti olub.

 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM