Ukraynada "Lüstrasiya haqqında” qanuna əsasən 700 məmur tutduğu vəzifədən azad olunub. Modern.az saytı Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyinin lüstrasiya üzrə departamentinin sədri Tatyana Kozaçenko bildirib.
"Ukraynada neçə insanın qadağa altına düşməsi barədə say açıqlanmır. Əgər lüstrasiya olunmuş məmur öz istəyi ilə tutduğu vəzifədən getmirsə, qanunun tələblərini tətbiq edirik. Və o, qanun əsasında işdən çıxarılır. Bundan sonra həmin şəxsin adı qadağa reyestrinə salınır. Reestrdə belə insanların sayı 700-dən çoxdur”.
Ukraynada qəbul olunan lüstrasiya qanunu Viktor Yanukoviçin zamanında dövlət vəzifələrində çalışan şəxslərin öz vəzifələrindən çıxarılmasını nəzərə tutur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !