Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktrisası Vera Qlaqoleva 61 yaşında ABŞ-da vəfat edib.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi, aktrisa Larisa Quzeyeva məlumat verib.
Rusiyanın Xalq artisti Vera Qlaqolevanın ölümünün səbəbi hələlik məlum deyil. O, 1956-cı il yanvarın 31-də Moskvada doğulub. İlk dəfə 1975-ci ildə "Dünyanın sonu” filmində rol alıb.
1985-ci ildə "Kapitana ərə get” filmindəki baş rola görə "Sovet ekranı” jurnalının "1986-cı ilin ən yaxşı aktrisası” adına layiq görülüb.
O, İvan Turgenevin eyniadlı pyesi əsasında 2014-cü ildə çəkilən "İki qadın” filmində sonuncu dəfə rol alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !