Keçən il Azərbaycanda 146 tələbə və şagird dünyasını dəyişib

13:30 | 02.02.2014
Keçən il Azərbaycanda 146 tələbə və şagird dünyasını dəyişib

Keçən il Azərbaycanda 146 tələbə və şagird dünyasını dəyişib

Ötən il Azərbaycanda dünyasını dəyişmiş tələbə və magistrlərin sayı açıqlanıb. ANS PRESS-in Tələqə Qəbulu Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə-Məzun” Dövlət Elekton Məlumat Sisteminə bakalavr səviyyəsində təhsil alan 85 tələbənin və 1 magistrin ölümü ilə bağlı məlumat daxil olub. 

Məlumatlar “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sistemində qeyd olunub. Sistemdə həmçinin tam orta ixtisas bazası üzrə təhsil alanların 28-nin öldüyü bildirilir. 

Sistemdə ümumi orta ixtisas bazası üzrə təhsil alan 32 şagirdin də vəfat ediyi qeyd olunub.

Qeyd edək ki, 8 noyabr 2013-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən “Tələbə- Məzun” Dövlət Elekton Məlumat sisteminə ümümilikdə 146 nəfər tələbə- şagirdin ölməsi barədə məlumat daxil edilib.

Qeyd edək ki, Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi (TMDEMS) 28 mart 2012-ci ildən yaradılıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM