Kəlbəcər girovları ilə bağlı Avropa Məhkəməsinə müraciət

14:22 | 30.01.2015
Kəlbəcər girovları ilə bağlı Avropa Məhkəməsinə müraciət

Kəlbəcər girovları ilə bağlı Avropa Məhkəməsinə müraciət

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev, Dilqəm Əsgərov və qətlə yetirilən Həsən Həsənovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, onların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub. Onun sözlərinə görə, ərizədə Avropa Məhkəməsinə müraciət qaydalarına uyğun olaraq işə təcili baxılmasının zəruriliyi qeyd olunub. A.Bağrırov qeyd edib ki, ərizə yanvarın 13-də məhkəməyə daxil olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM