ANN.Az APA-ya istinadən xəbər verir ki, iclasda girovlar D.Əsgərov və Ş.Quliyev, həmçinin onlara vəkil kimi təyin olunmuş Erik Beqlaryan və Arkadi İsraelyan iştirak edir.
"Məhkəmə”də azərbaycanlıların rus dili tərcüməçisi ilə təmin olunacağı bildirilib.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !