Kəlbəcər girovunun oğlu aclığa başlayır

09:55 | 20.11.2014
Kəlbəcər girovunun oğlu aclığa başlayır

Kəlbəcər girovunun oğlu aclığa başlayır

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda ermənilərə girov düşən Dilqəm Əsgərovun oğlu da Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvlərinin təşkil etdikləri aclıq aksiyasına qoşulacaq. Bu barədə azvision.az-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, bildirib ki, artıq əmisi və əmisi oğlu da aclıq aksiyasına qoşulub:“Əgər bu aclıq aksiyası beynəlxalq təşkilatların diqqətini çəkəcəksə mən ona qoşulacağam. Niyə qoşulmuram ki? Qoşulacağam! Əmim Sahib Musayev və onun oğlu artıq bu aksiyaya qoşulub. Artıq onlar üç gündür ki, aclıq aksiyası keçirirlər”. Girovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən narazılıq edib. “Onların fəaliyyəti sıfır səviyyəsindədir. BQXK-nin üzvləri gəlib bizə deyirdilər ki, atanızın vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Amma ermənilər atamın videosunu yaydıqdan sonra həmin təşkilatın bizə yalan dediyi üzə çıxdı. Mən başa düşə bilmirəm ki, bu təşkilat kimə işləyir? Onlar Azərbaycana qarşı ikili standartlarla yanaşırlar, Ermənistana işləyirlər? Biz bunu aydınlaşdıra bilmirik”.Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Qondarma rejim onlar üçün “məhkəmə” də təşkil edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb