Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.
APA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.
Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !