Kəlbəcərdə mina partlayıb,3 nəfər yaralanıb - Yenilənib

23:22 | 19.07.2024
Kəlbəcərdə mina partlayıb,3 nəfər yaralanıb - Yenilənib

Kəlbəcərdə mina partlayıb,3 nəfər yaralanıb - Yenilənib

Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət alıb,onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
 
 18:55

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.

Minaya düşən 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM