Kəlbəcərdə ağır qəza, ölən var

18:35 | 28.11.2023
Kəlbəcərdə ağır qəza, ölən var

Kəlbəcərdə ağır qəza, ölən var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə  xəstəxanaya aparılarkən yolda ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM