Kəlbəcərdə Bərpa,Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

17:56 | 10.07.2024
Kəlbəcərdə Bərpa,Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Kəlbəcərdə Bərpa,Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Müşahidə Şurasının sədri
Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM