Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - Yenilənib

17:14 | 12.04.2024
Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - Yenilənib

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - Yenilənib

 Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bunu "Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
12:59
 
Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel suları aparıb.

Bu gecə rayonun Comərt kəndində "HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov vəfat ediblər.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışıblar.

Faktla bağlı araşdırma aparılır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM