• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb

Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alınıb
17.06.2024 22:58
Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasov polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Kəlbəcər rayon sakini Rəşid Abbasov rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icrayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib.

Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, Rəşad Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir.

Hazırda rayon polis şöbəsində Rəşad Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol