Kəlbəcərdə yeni binaların tikilməsinə 1 milyon 300 minə yaxın pul xərclənəcək

14:10 | 11.12.2023
Kəlbəcərdə yeni binaların tikilməsinə 1 milyon 300 minə yaxın pul xərclənəcək

Kəlbəcərdə yeni binaların tikilməsinə 1 milyon 300 minə yaxın pul xərclənəcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  Kəlbəcər rayonu 487 ailəlik (birinci yaşayış -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə birlikdə dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri ilə, həmçinin Kəlbəcər rayonunun başqa 855 ailəlik (birinci sosial-547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə birlikdə dağılmış, sökülmüş yaşayış binalarının və tikililərin söküntü işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Hər iki tenderin qalibi "AMAZONE" MMC-dir. 
 
Qalib şirkətə birinci tenderə görə, 353.581,42 AZN, ikinci tenderə görə isə 900.050,07 AZN məbləğində pul ödəniləcək. 
 

"AMAZONE" MMC 2012-ci il təsis edilib. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əbülfət Şükürovdur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM