Kəlbəcərə icazəsiz keçən şəxslər saxlanılıb

09:43 | 18.11.2023
Kəlbəcərə icazəsiz keçən şəxslər saxlanılıb

Kəlbəcərə icazəsiz keçən şəxslər saxlanılıb

Kəlbəcər rayonuna icazəsiz keçən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən görə, noyabrın 17-də polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmuş Səxavət Məmmədov, Taleh Məmmədov, Eldar Həsənov, Muraz Süleymanov və Cəmil Mehdiyevi saxlayıb.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb