• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərə Ömər aşırımı üzrə yol çəkilir - Prezident açıqladı

Kəlbəcərə Ömər aşırımı üzrə yol çəkilir - Prezident açıqladı
22.07.2021 19:30
"Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə edilməyib. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək.
Anews.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu barədə danışıb.

Dövlət başçısı, həmçinin bildirib ki, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Siyasət 08:55
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol