Kəlbəcərli girovların məsələsi ATƏT sessiyasında

13:35 | 06.09.2014
Kəlbəcərli girovların məsələsi ATƏT sessiyasında

Kəlbəcərli girovların məsələsi ATƏT sessiyasında

Milli Məclisin sədr müavini Bahar Muradova açıqlama verib“Azərbaycan vətəndaşlarının öz torpaqları olan Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülməsi məsələsini ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında qaldıracağıq”. Bunu ANS PRESS-ə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülməsi hadisəsindən sonra ATƏT PA-nın yeni seçilmiş finlandiyalı prezidenti İlkka Kanervayaya məktubla müraciət edib:“Məktubda Bakıdakı müzakirələrə, xüsusi ilə Helsinki Yekun Aktının 10 prinsipinin pozulması ətrafında gedən hadisələrə diqqəti bir daha yönəldərək, baş verən bu olayın heç bir əndazəyə sığmadığı, Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarının girov götürülməsi və onların bu əraziyə səfər etməsi sərhəd qanunlarının pozulması kimi qələmə verilməməlidir. Onlara qarşı hərbi cinayətkarlar kimi, məhkəmə orqanları qarşısında dayanacağı barədə Ermənistan tərəfindən də yüksək səviyyədə hədələr olur. Bu təşkilat malik olduğu bütün imkanlardan istifadə edərək girovları azadlığa buraxdırmalıdır. Bu haqda PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşə xəbər göndərmişdim”. Bahar Muradova daha sonra qeyd edib ki, bu günlərdə İlkka Kanervayanın imzası ilə rəsmi cavab məktubu alıb:

“Bu hadisənin üzərində az bir müddət keçmiş təmas xəttində ciddi insidentlər baş verdi. Bu insidentlər sadəcə insident olmayıb. Artıq geniş miqyaslı əməliyyat xarakteri daşıyırdı ki, biz buna da laqeyd qala biməzdik. Həm xüsusi nümayəndə ilə, həm də PA-nın rəhbərliyi ilə saxlanılan telefon əlaqələrində bu məsələyə də diqqət yetirilməsi, münasibət bildirilməsi və tədbir görülməsi istiqamətində bizim tələb və xahişlərimiz olmuşdu. O, cavab məktubunda bu məsələyə diqqəti yönəltdiyimizə görə mənə təşəkkürünü bildirib. Və eyni zamanda ATƏT PA-nın yerlərdəki, hazırkı şəraitdə Bakıdakı missiyasından müvafiq məlumatları vaxtaşırı aldığını və vəziyyəti nəzarətdə saxladığını söyləyib. Eyni zamanda ATƏT PA sədrinin xüsusi nümayəndəsi Joao Suareşin avqust ayının 5-də bu məsələlərlə əlaqədar verdiyi bəyanata diqqəti yönəldir və onun surətini də bizə göndərib. Bu məsələnin sülh yolu ilə həlli istiqamətində bundan sonra da səylərini davam etdirəcəyini söyləyir. Hər halda bu, bir ümumi xarakterli bir cavabdır. Konkret bir məsələyə ümumi bir cavab verilir. Mən başqa bir cavab da gözləmirdim. Çünki əks təqdirdə ATƏT PA nəyinki bütövlükdə ATƏT-in və eləcə də bütün vasitəçilərin səlahiyyətlərini və mandatını üzərinə götürən bir təşkilat qismində görünə bilərdi. Ona görə də mən cavabın bu şəkildə olmasını gözləyirdim. İstənilən halda biz diqqəti bu məsələyə yönəltmişik. Biz hazırkı sessiyada bu məsələni qabartmaqla girovlara münasibət bildirilməsini, onların azadlığa çıxması istiqamətində ATƏT PA-da məsələnin qabardılmasına çalışacağıq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM