Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşüb

22:30 | 20.09.2019
Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşüb

Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşüb

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

ONA FHN-in saytına istinadən xəbər verir ki, K. Heydərov ilk növbədə səfir Örl Litzenberqeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Nazir həmçinin qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb