Kəmaləddin Heydərov Agentliyə yeni rəis TƏYİN etdi

10:07 | 18.11.2022
Kəmaləddin Heydərov Agentliyə yeni rəis TƏYİN etdi

Kəmaləddin Heydərov Agentliyə yeni rəis TƏYİN etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.

Nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.
 

Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.

Mətbuat orqanı ötən gün Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlunun işdən çıxarılması barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
 
Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb