2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.Bu barədə FHN-dən bildirilib.
Nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:
- Aminov Timur Vladimiroviç
- Aydarov Kani Manapoviç
- Karayev Sayasat Musayeviç
- Kenjeqaliyev Majit Serikbayeviç
- Kulxanov Azımbek Şındauletoviç
- Kuzembayev Erbol Axmetoviç
- Mendibayev Naurızbek Erlanulı
- Nuqumanov Ardak Koyşibekoviç
- Tleuberqenova Ayman Mınbayevna
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !