Kəmaləddin Heydərovla Eldar Əzizov yanğın yerində - Qərargah yaradıldı - VİDEO

16:15 | 26.06.2019
Kəmaləddin Heydərovla Eldar Əzizov yanğın yerində - Qərargah yaradıldı - VİDEO

Kəmaləddin Heydərovla Eldar Əzizov yanğın yerində - Qərargah yaradıldı - VİDEO

 Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.
 
 FHN xəbər verir ki, rayonun Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
Hadisə yerində olan "REAL TV”nin müxbirinin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən boğulanlar olub. Onları ilkin tibbi yardım göstərilib.
 
İlkin ehtimallara görə, ərazidə otlaq sahələri yandıqdan sonra yaşayış evlərinə keçib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb