• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında – SƏBƏBİ

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında – SƏBƏBİ
20.09.2020 13:45
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, Tale Heydərov Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt edib. Bundan sonra qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzub. Qadın hüququndan istifadə edərək 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Çinarə Əliyeva növbəti dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabr ayının 14-də hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qadının kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb.
Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Cəmiyyət 05:10
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Cəmiyyət 04:20
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
Cəmiyyət 04:09
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Cəmiyyət 23:24
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Cəmiyyət 23:05
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
Cəmiyyət 22:09
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Cəmiyyət 21:11
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Cəmiyyət 21:03
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol