Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb”

12:41 | 10.03.2016
Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb”

Kemeron: “Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb”

IV Qlobal Bakı Forumunda dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb. 
 
APA-nın məlumatına görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: "Forumun işinə uğurlar arzulayıram”. 
 
Daha sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: "Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik”.
 
UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti