Keçmiş baş nazir indi hotel təmizləyir

19:19 | 24.02.2015
Keçmiş baş nazir indi hotel təmizləyir

Keçmiş baş nazir indi hotel təmizləyir

İsveçin keçmiş baş naziri və Sosial Demokrat Partiyasının lideri Mona Sahlin boş vaxtlarında qızının təmizlik şirkətində çalışaraq hotel otaqlarını təmizlədiyini bildirib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasının keçmiş və ilk qadın lideri Mona Sahlin 2010-cu ildə seçkilərdə məğlub olduqdan sonra, bir daha siyasətə qoşulamamaq qərarına gəlib. O, İsveçin "Expressen" qəzetinə müsahibəsində siyasət üçün darıxmadığını və bir daha siyasətə qoşulmayacağını vurğulayıb. İndiki həyatından daha çox razı qaldığını, boş vaxtlarında qızına yardım etdiyini, hətta hotel otaqlarını təmizlədiyini də bildirib.

Mona Sahlijn uzun illər yüksək vəzifələrdə çalışıb. 1990-91-ci illərdə ölkənin əmək naziri, 1994-1996-cı illərdə baş nazirin müavini olub. 2006-2007-ci illərdə ölkənin baş naziri olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM