Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili “Facebook”u tərk edib. Anspress xəbər verir ki, baş nazirin 2011-ci ilin noyabrında açdığı profili 315 mindən çox insan bəyənmişdi. Hazırda İvanişvilinin heç bir rəsmi səhifəsi və ya saytı yoxdur. Xatırladaq ki, eks baş nazir bir qədər əvvəl rəsmən siyasətdən getdiyini bəyan etmişdi. O, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasimindən sonra baş nazir vəzifəsini tərk etməklə bərabər “Gürcü arzusu” partiyasından da çıxıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !