Keçmiş "First Lady"-yə 20 il həbs cəzası verildi

23:38 | 11.03.2015
Keçmiş

Keçmiş "First Lady"-yə 20 il həbs cəzası verildi

2011-ci ildə Fildişi Sahilində keçirilən seçkilərdən sonra 3 min adamın öldürülməsində şübhəli bilinən ölkənin keçmiş "First Lady"si  - keçmiş dövlət başçısı Laurent Gbagbonun həyat yoldaşı Simone Gbagbo 20 il həbs cəzası alıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, məhkəmə "First Lady" ilə bərabər Prezidentin Mühafizə Alayının komandiri, general Bruno Dogbonu, Dəniz Qüvvələri komandiri, admiral Vagba Faussignauxu da 20 il azadlıqdan məhrum edib. Bu cinayət işi ilə bağlı keçmiş prezident Gbagbonun oğlu Mişel Gbagbo 5 il həbs cəzasına məhkum edilib.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM