Keçmiş kəşfiyyatçı təcrübəli hərbçiləri ön cəbhəyə səslədi

23:25 | 05.08.2014
Keçmiş kəşfiyyatçı təcrübəli hərbçiləri ön cəbhəyə səslədi

Keçmiş kəşfiyyatçı təcrübəli hərbçiləri ön cəbhəyə səslədi

“İndi nə tamamilə müharibə gedir, nə də sülh şəraitində yaşayırıq. Əvvəl-axır müharibə baş verməlidir. Hazırda cəbhədə baş verənlər bunu bir daha sübut edir”.
 
Bu sözləri Axar.az-a açıqlama verən keçmiş kəşfiyyatçı İlham Ağalarov deyib. Cəbhədə baş verənlərə münasibət bildirən kəşfiyyatçı qeyd edib ki, vaxtilə döyüşlərdə iştirak etmiş şəxslərin sayının orduda azalması döyüş ənənələrinin pozulmasına gətirib çıxarıb. Səngərdə müddətli hərbi qulluqçuların deyil, muzdlu hərbçilərin olmasını daha məqsədəuyğun hesab edən İ. Ağalarov keçmiş döyüşçülərə də səslənib:
 
“Bütün keçmiş döyüşçülər müharibəyə hazır olmalıdır. Cəbhə bölgəsini təkcə gənclərin ümidinə qoymaq olmaz. Bu işdə biz də öz təcrübəmizdən istifadə edərək cəbhədəki insanlara kömək etməliyik”.
 
Qeyd edək ki, İlham Ağalarov 1991-98-ci illərdə briqada kəşfiyyat bölüyünün komandiri kimi cəbhə bölgəsində xidmət edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM