Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun işinin istintaqı başa çatıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, büdcənin hesabına adaya kimi avtomobil yolununun tikintisində ittiham olunan nazirlə bağlı cinayət işi noyabrda qaldırılıb. İstintaq Komitəsinin məlumatına görə, magistral dəmir yolu ordunun batalyonu tikib, yaşıllaşdırmanı isə aviasiya hissəsinin hərbçiləri həyata keçiriblər. İstintaq hesab edir ki, yolun inşası haqqında şifahi sərəncamı məhz Serdyukov verib. “Məlum olduğu kimi Anatoliy Sedyukovun cinayət işinin istintaqı başa çatıb. Sabiq nazir ordu hesabına qohumunun istirahət bazasının abadlaşdırılmasında təqsirli bilinir”,- deyə “Kommersant” qəzeti yazır. Bununla yanaşı, Serdyukovun Konstitusiyanın 20 illiyi ilə əlaqədar amnistiyaya düşə biləcəyi də ehtimal olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !