Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.APA-nın xəbərinə görə, dekabrın 26-da AKP rəhbərliyi Ə. Günayı partiyanın siyasətinə zidd mövqe tutmaqda ittiham edərək onun partiyadan xaric olunması üçün Nizam-İntizam Komissiyasına müraciət edib. Ə. Günayla bərabər daha iki millət vəkilinin – Ərdal Kalkan və Haluk Özdalqanın da partiyadan xaric edilməsi tələb olunub. Ə. Kalkan və H. Özdalqa partiyanın qərarını gözləmədən AKP-dən istefa veriblər. Bu gün isə Ə. Günay mətbuat konfransı keçirərək AKP-dən istefa verdiyini bəyan edib. Sabiq nazir korrupsiyaya qarşı çıxdığı üçün partiya rəhbərliyinin qəzəbinə tuş gəldiyini və bundan sonra təmiz siyasət uğrunda mübarizə aparacağını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !