Keçmiş prezident ailəsinə aylıq müavinətin ödənilməsi qaydası dəyişdi

Aylıq müavinətin ödənilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fondundan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilibNazirlər Kabineti “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarına dəyişiklik edib. APA-nın məlumatına görə, indiyə qədər “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə isə aylıq müavinətin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilib. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev