Onlarda hər şey əla alınır.
Rusiyanın kadr hərbçisi və Donbasda (Ukraynanın cənubi-şərqində - red.) separatçıların sabiq komandanı İqor (Strelkov) Qirkin hesab edir ki, Qərb Ukrayna ilə bərabər gözəl oyun oynayaraq Putini Donbasda strateji olaraq məğlub ediblər.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, Еспресо.TV müsahibəsində qeyd edib ki:
“Mən hesab edirəm ki, onlarda hər şey əla alınır, xüsusilə də Qərbdə. Mən Ukrayna barədə danışmıram, yəni onlarda hər şey əla alınır. Onlar strateji hərəkət edirlər – strateji olaraq vəziyyətdə qalibdirlər. Onların neçə təyyarəsini, tankını, helikopterini vursaq, milli qvardiyaçıları məhv etsək də, strateji olaraq biz məğlub olduq. Nəticədə biz Kiyev ətrafında deyil, onlar Donbas ətrafındadırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, strateji olaraq biz “Novorossiya” əməliyyatını uduzduq”.
ANN.Az