Türkiyənin 1980-ci il 12 sentyabr çevrilişinin təşkilatçılarından biri olan keçmiş Hərbi Hava Qüvvələri komandanı, Ordu generalı Tahsin Şahinkaya vəfat edib.
Axar.az xəbər verir ki, generalın ölüm səbəbləri hələlik açıqlanmır.
İngiltərənin "Tayms” dərgisinin məlumatına görə, Şahinkaya dünyanın ən zəngin 50 generalından biri olub. Onun sərvəti 20 milyard dollar civarında dəyərləndirilir.
Xatırladaq ki, Şahinkaya Kənan Evrənlə birgə 12 sentyabr çevrilişi ilə bağlı aparılan məhkəmə prosesində ittiham edilirdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !